Con F. Kennedi (kiçik) 30 il əvvəl özünü George Magazine jurnalının baş redaktoru təyin edəndə, dünya onun necə bir nəşr ortaya qoyacağını böyük maraqla izləyirdi. Nəşriyyat idarəçiliyi sahəsində ciddi jurnalist təcrübəsi olmayan Kennedi, xüsusilə siyasəti pop-mədəniyyətlə birləşdirməyə çalışan jurnal üçün, əvvəlcə sadəcə “Kennedilərin soyad üstünlüyü”nün daha bir nümunəsi kimi görünürdü. Amma əslində o, kifayət qədər fəal və yaradıcı redaktor idi, baxmayaraq ki, bəzən olduqca qəribə ideyalar irəli sürürdü.
Bizim.Media xəbər verir ki, onlardan ən qəribəsi 1996-cı il üçün düşündüyü üz qabığı idi: Madonna onun anası Jaklin Kennedi Onassis obrazında poza verməli idi.
Müğənni isə bu təklifdən qəti şəkildə imtina etmişdi. Təklifin göndərildiyi faksın cavabında Madonna belə yazmışdı:
“Əziz Conni, məni sənin anan olmağa dəvət etdiyin üçün təşəkkür edirəm, amma qorxuram ki, bunu layiqincə bacara bilmərəm. Bu obraz üçün mənim qaşlarım kifayət qədər qalın deyil.”
Bununla yanaşı, Kennedi ilə Madonnanın 1980-ci illərin sonlarında yaşadığı münasibət həqiqətən də ehtiraslı, amma qısa olub. Madonna artıq dünya şöhrətli superulduz idi, Con isə Amerikanın ən arzulanan subay kişisi sayılırdı.
Madonnanın yaxın rəfiqəsi, rəqqasə Erika Bell sonradan xatırlayırdı:
“O, tamamilə Madonnanın cazibəsinin təsiri altına düşmüşdü. İlk görüşdən elə görünürdü ki, onun харizması qarşısında tam müdafiəsizdir.”
Onların münasibəti gizli inkişaf edirdi. Deyilənə görə, onlar eyni məşqçi ilə işlədikləri idman zallarında görüşür, sonra birlikdə Mərkəzi Parkda qaçırdılar. İctimaiyyət qarşısında isə onları birlikdə demək olar ki, heç kim görmürdü. Con münasibəti diqqətlə gizlədirdi. Halbuki həmin dövrdə onun aktrisa Kristina Haq və Dəril Hanna da daxil olmaqla başqa qadınlarla adı hallanırdı.
Bu münasibət Kennedinin ailəsində də gərginlik yaradıb. Jaklin Kennedi Onassis oğlunun Madonna ilə münasibətinə qəti şəkildə qarşı idi. O düşünürdü ki, müğənni sadəcə diqqət və qalmaqal axtarır. Jaklin xüsusilə Madonnanın katolik ənənələrinə nümayişkaranə etinasız yanaşmasından, dini simvollarla epatajlı obrazlar yaratmasından narazı idi. Bundan əlavə, jurnallardakı və kliplərdəki bəzi obrazlarını mərhum əri Con Kennedinin romansları ilə müqayisə edərək mənfi qarşılayırdı.
Dostlarının sözlərinə görə, Con Madonnanın seksual enerjisindən ciddi şəkildə təsirlənmişdi. Onun yaxın dostlarından biri Billi Nunan xatırlayırdı ki, Kennedi bir telefon danışığında Madonnanı əsl “seksual burulğan” adlandırmışdı.
Cütlük bəzən ailəyə məxsus Hyannis Port kompleksində birlikdə vaxt keçirirdi.
Orada onlar diqqətdən kənarda qala bilirdilər: sviterə bürünüb sahildə qaçır, daha sonra kamin yanında tək qalır, üzərində “Caroline” və “John-John” baş hərfləri olan xrustal bokallarda дайкири içirdilər. Bu bokallar Kennedi ailəsinin prezident Kennedinin qətlindən sonra İrlandiyaya səfərindən qalmış xatirə əşyaları idi.
Bioqrafların yazdığına görə, münasibətlərində açıq söhbətlər və cəsarətli fantaziyalar da az olmayıb. İddialara görə, Madonna bəzən olduqca təxribatçı mesajlar və eyhamlar işlədirdi ki, bu da hətta Kennedinin çevrəsini belə şoka salırdı.
Eyni zamanda, Kennedinin öz şəxsi fantaziyaları və psixoloji məqamlarla bağlı bəzi ideyaları müğənnidə ciddi narahatlıq doğurub. Şayiələrə görə, münasibətin soyumasının səbəblərindən biri də məhz bu olub.
Madonnanın keçmiş əri Şon Pennlə bağlı epizodlar da dramdan kənarda qalmayıb. Bildirilir ki, Tribeca Grill restoranında keçirilən məclislərdən birində Penn, Madonna ilə əlaqəsinə görə Condan üzr istəməsini tələb edib. Halbuki o vaxt cütlük artıq ayrılmışdı.
Zaman keçdikcə Conla Madonnanın münasibəti tam soyuyub. Bəzi dostları bunun sadəcə qısa sürən bir eşq macərası olduğunu iddia edirlər. Mənbələrin sözlərinə görə, onların münasibətinin intim tərəfi də əsasən Madonnanın qastrol səfərləri zamanı və təhlükəsizlik baxımından tam birlikdə ola bilmədikləri dövrlərlə məhdudlaşıb.
1990-cı illərin əvvəllərində cütlük birdəfəlik ayrılıb. Sonradan Con Kerolin Bessettlə evlənib, Madonna isə öz qalmaqallı və parlaq karyerasını davam etdirib. Bununla belə, əfsanəvi müğənni ilə yaşadığı, ehtiras, gizli görüşlər və qadağan olunmuş fantaziyalarla dolu bu roman bu günə qədər Amerika şou-biznesi və parlaq jurnallar aləmində ən çox müzakirə olunan hekayələrdən biri olaraq qalır.
Bizim.Media






























































































