"Qızıma görə bunu da qurban verərəm" – VİDEO

Hazırda oxunan: "Qızıma görə bunu da qurban verərəm" – VİDEO

602069

"Mənim üçün xoşbəxtçilik məfhumi anlardır. Heç kim tam xoşbəxt ola bilməz. Həyat varkən xoşbəxt ola da, olmaya da bilərsən. Kiçik yaşlarımdan musiqi məktəbinə, özfəaliyyətə getmişəm. Səhnə üçün doğulmuşam. Həyatda başqa missiyam olmayıb. Səhnədə kraliça, ev xanımı, həkim oluram. Səhnə üçün doğulmuşam. Səhnədə bir gün Kleopatra, bir gün Xurşudbanu Natavan oluram. Komediyada oynamışam, faciədə rol almışam. Səhnədə çox xoşbəxtəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Mədəni şou"da deyib.

Aktrisa qadın kimi xoşbəxt olmadığını bildirib:

"Bəlkə həkim olsaydım da xoşbəxt olmayacaqdım. Həyatın qanunudur: yıxılırsan, qalxırsan, kədər və sevinc olur. Hər dəfə obrazı ürəkdən oynamaq psixologiyama təsir edir".

M.Əsədova qızı Gülərdən söz açıb. O bildirib ki, övladı üçün sənəti atmağa hazır olduğunu deyib:

"Ana olmaq ən gözəl duyğudur. Ana yaşamaq, həyat deməkdir. Canından bir cana həyatda addımlamağı öyrədirsən. Ana olana qədər deyirdim aktyor səhnəsiz qala bilməz. Amma bu gün qızım üçün sənəti də atardım. Övladınıza sevgi verin, onu dayənin üstünə atmayın.

Mən rayonlara qastrola gedirdim, amma gecə evə qayıdırdım. Dayəsi olsa da, onun yanına gəlirdim. İndi qızıma görə çox şey edirəm. Olub ki, filmə ona görə çəkilməmişəm. Qızım dördüncü sinfidə oxuyanda məni Türkiyəyə dəvət etdilər. Getmədim ki, qızımın təhsili buradadır". (Axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin