"Oqtay məni heç vaxt tərifləmirdi"

Hazırda oxunan: "Oqtay məni heç vaxt tərifləmirdi"

601923

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" layihəsində qonaq olub.

Bizim.Media xəbər verir ki, aktrisa "Oqtay Əliyevlə tanış olmasaydınız, bu gün yenə bu yerdə olardınız" sualını belə cavablayıb:

"Çox çətin, mümkünsüz olardı. Mən Oqtayın sənət əsəriyəm. Çünki o mənə bu şəraiti, meydanı yaratdı. Mən də məmnuniyyətlə bəhrələndim. Əgər biz tanış olanda o mənim istedadımın heyranı olmasaydı, Oqtayla bir araya gəlməzdim. Onun mənə olan heyranlığına daha çox vuruldum. Çünki mənim arzularım və hiss etdiklərim sevgimdən üstün deyil.
 

O, ilk məni yox, istedadımı sevdi. Sonra diqqət ayırdı, sevdiyini dedi. Biz onunla tamaşa hazırladıq və bu tamaşanın sonunda evləndik. Amma o mənə aktrisa kimi yanaşmışdı. Belə bir fikri yox idi. Gedişatda başa düşdüm ki, həyatımın vacib insandır. Mən də onun istedadını sevdim. Bu mənə bəs idi.


Oqtay məni heç vaxt tərifləmirdi. Tənqid edirdi ki, özümdən razı olmayım. Hər çıxışda özümə Oqtayın gözü ilə baxıb özümü yığışdırıram. Bir dəfə Aygün Kazımovanın ad günündə səhnədə monoloq deyirəm. Bir də baxdım ki, Oqtay məni çəkir. Qürurlandım ki, xoşuna gəlib. Səhnədən gəlib ona dedim ki, "Oqtay, necə idi, yaxşı idi?" Cavab verdi: "Əla, amma heç kim qulaq asmadı (gülür)".

Qeyd edək ki, O.Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Onların 2 qız övladı və 2 qız nəvəsi var. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin