“Fuad Poladovu görəndə əsirdim”

Hazırda oxunan: “Fuad Poladovu görəndə əsirdim”

601491

Müğənni Nura Suri mərhum Xalq artisti Fuad Poladovla xatirələrindən söz açıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "106.3 FM"ə danışıb:

"161 nömrəli məktəbə gedəndə yadımda qalan bir məqam var. O zamanlar Fuad Poladov ən tanınmış, ən gözəl, sempatik aktyor idi, dümdüz qaməti ilə yeriyirdi. Hər gün məktəbə gedəndə onunla üz-üzə gəlmək... Halımı izah edə bilmərəm, nə hallara düşürdüm.
 

Bir il o məktəbə getdim, hər gün Fuad Poladovla üz-üzə gəlirdim. Küçədə donub, dayanıb ona baxırdım. Əsirdim ki, ay Allah, bu gün Fuad Poladovu gördüm. Sonra indi yaşadığım evə köçdüm, bizim evin həyətindən Fuad Poladovun nəşini götürdülər. Düşünün ki, bu evi aldım, üstündən bir ay keçmişdi, blokdan çıxıb Fuad Poladovla üz-üzə gəldim.


Bu yaşda qadın uşaq vaxtı keçirdiyim o hissləri yaşadım. İstədim, ona yaxınlaşıb deyim ki, sizi uşaqlıqdan sevirəm, amma deyə bilmədim. Nəşini bizim həyətdən götürəndə pəncərədən baxırdım. Mənə pis təsir etdi ki, bu sözü ona deyə bilmədim, o aktyoru doğrudan da çox sevirdim".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin