Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

Hazırda oxunan: Bacılardan Kəmaləyə: “Oğlunun sənin kimi “tərbiyə” verən anası var” – FOTO

601179

Müğənnilər Sevil və Sevinc Səfərovalar ifaçı Kəmalə Günəşli ilə bağlı qalmaqallı paylaşım edib.

Bizim.Media-nın məlumatına görə, onlar Kəmalənin Xalq artisti Cavan Zeynallı ilə bağlı sözlərinə qəzəblənib.
 

“Çox heyfsilənirəm ki, bu gün belə cəmiyyətdə yaşayırıq, harada ki, yaşlı nəslə dil uzadılır. Söhbət heç sənətdən və sənətkardan da getmir, söhbət yaşlı nəslə uzadılan dillərdən gedir. Sizin oğlunuz tanımaya bilər, çünki onun sizin kimi “tərbiyə verən” anası var. Cavan nəsil sizə də baxmaq məcburiyyətində deyil, bunu da unutmayın”.


Qeyd edək ki, Kəmalə canlı yayımda gənc nəslin Cavan Zeynallını tanımadığını deyərək efirə dəvət olunmasına etiraz etmişdi.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin