Türkiyənin məşhur serialı “Uzak şehir”ə yeni aktrisa daxil olacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.
Bildirib ki, 55-ci bölümdə serialda yer alacaq Ceren Moray “Cihan Albora”nın keçmiş sevgilisi olan Məryəm obrazını canlandıracaq.
Bu obraz üçün çox sayda qadın aktrisa ilə görüş keçirilib. Əsas tələb isə “Məryəm”ə həyat verəcək şəxsin güclü aktyorluq qabiliyyətinə malik olması olub.
Ssenariyə əsasən, illər əvvəl “Cihan”la toy günü baş verən silahlı hücumdan sonra yollarının ayrılması və Cihanın başqa bir qadınla evlənməsi “Məryəm”in həyatını alt-üst edib.
Uzun müddətdən sonra “Məryəm”lə “Cihan”ın yolları həbsxanada yenidən kəsişəcək. (Qafqazinfo.az)
Bizim.Media


































































































