“İmparator”un 12 yaşlı qızı 1.80 m boyu ilə təəccübləndirdi – FOTO

Hazırda oxunan: “İmparator”un 12 yaşlı qızı 1.80 m boyu ilə təəccübləndirdi – FOTO

599758

Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin 12 yaşlı qızı Elif Ada Tatlıses voleybol meydançasındakı görünüşü və 1.80 metr boyu ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Elif Ada matç zamanı 14 nömrəli formanı geyinir.

Anası Ayşegül Yıldız sosial media hesabında qızının şəkillərini paylaşıb:

“1.80 sm boyunda. 12 yaşında məni keçdi. Onun forma nömrəsi 14-dür, Eda Erdemi nümunə götürür. Yolun həmişə açıq olsun, çiçəyim”.
 

Kiçik yaşlarından kameralar qarşısında böyüyən Elif Adanın sürətli inkişafı izləyiciləri təəccübləndirib. Paylaşım sosial mediada böyük marağa səbəb olub.


İbrahim Tatlıses 2011-ci ildə özündən 37 yaş kiçik Ayşegül Yıldızla evlənmiş, cütlüyün qızı Elif Ada dünyaya gəlmiş, lakin cütlük 2013-cü ildə boşanmışdı. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin