Aytacdan efir qadağası iddiasına REAKSİYA: “Vidadi Bərdəlinin ailəsi üçün efirdə görünmək məna daşımır” – ÖZƏL

Hazırda oxunan: Aytacdan efir qadağası iddiasına REAKSİYA: “Vidadi Bərdəlinin ailəsi üçün efirdə görünmək məna daşımır” – ÖZƏL

599612

Müğənni Aytac Vidadiqızı efir qadağası ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə Aytacın meneceri Bizim.Media-ya danışıb. O bildirib ki, Aytac son aylarda efirə çıxmır:

“Son 4 ay ərzində Aytac xanım efirlərə çıxmırdı. Bu, hər hansı qadağa ilə bağlı deyil. Ona dəfələrlə təkliflər gəlib, lakin özü layihələri hazır olmadan efirə çıxmağı doğru hesab etməyib.
 

Onun prinsipi sadədir: layihə yoxdursa, məqsəd yoxdursa, efirə çıxıb “boş danışmaq” sənətə hörmətsizlikdir. Vidadi Bərdəli kimi sənətkarın ailəsində böyüyən bir ifaçının sənətə yanaşması təsadüfi deyil. Bu ailə üçün efirdə görünmək yox, iz qoymaq məna daşıyır.

 

Sosial mövzulara toxunan, erkən nikah problemini gündəmə gətirən, milli dəyərləri ifa edən bir sənətçinin adının “siyahı”larda hallandırılması ən azı ədalətli deyil. Sənət prinsip tələb edir. Prinsip isə qadağaya səbəb olmamalıdır”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin