"Doğum günümdə ailəmlə birlikdə oldum. Sözün düzü, mən dəbdəbəli, səs-küylü ad günləri qeyd etmirəm. Övladlarım, ailəm, sevdiklərim üçün ən böyük arzum sağlam olmaq və salamatlıqdır".
Bizim.Media xəbər verir ki, bunu "moderator.az"a açıqlamasında tanınmış aktyor, aparıcı Azər Axşam deyib.
O, daha sonra sənətlə bağlı arzularından danışıb:
"Bir sənət adamı kimi də arzum budur ki, mədəniyyət və incəsənət istədiyimiz formaya düşsün. Əfsuslar olsun ki, bu gün istədiyimiz nüanslar, amillər yoxdur. Bir sözlə hər şeyimizi itirə-itirə gedirik. Məni ağrıdan odur ki, 30 illik torpaqlarımızı qaytardıq, amma əvvəlki mənəvi dəyərlərimizi, mədəniyyətimizi, səviyyəmizi geri qaytara bilmirik. Amma bu həyatda təkcə ölümə çarə yoxdur. İnanıram ki, gec-tez hər şey öz yerini tapacaq".
Azər Axşam hazırda aktiv aparıcılıq fəaliyyəti ilə məşğul olmadığını bildirib.
"Ola bilər ki, bu gün mənim kimi aparıcılara televiziyanın o qədər də ehtiyacı yoxdur?! Daha çox dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır", - deyə aktyor bildirib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:56 / 24.02.2026
Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"
Hazırda oxunan: Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"
Hazırda oxunan: Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"
597991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































