Müğənni Səidə Sultan efir məkanını və bəzi aparıcıları sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Səidə instaqramda videolar paylaşıb.
Qəzəblənən ifaçı bunları söyləyib: “Bir ildir bunlara görə efirə çıxmıram. Siz özünüzü kənardan görürsünüz? Nəyi reklam edirsiniz? Əvvəl efirə çıxmaq üçün 3 aydan bir verilişlərdə olurduq, ya da pul verirdik ki, ekranda görünək. Demirəm ki, qısa geyinməmişəm. Qısa da geyinmişəm, hər şey gözünüzün qarşısında olub. Amma bu nədir? Nə olub? TikTok-da mahnı oxuyanı efirə çıxarırsınız. Aparıcılar, hamınız səviyyəsizsiniz, savadınız yoxdur. Çıxıb dərs keçir, ağıl verir.
Azərbaycanda kişi yoxdur ki, siz çıxıb ağıl verirsiniz? Görün, kim bizə barmaq silkələyir, tərbiyə verir, qeyrət dərsi keçir, məsləhət keçir. Aparıcılar, kanallar, nə gündəsiz! Nə günə qalmısız, qıraqdan baxın, “pavyon”a oxşayırsız”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
18:42 / 20.02.2026
“Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” - VİDEO
Hazırda oxunan: “Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” - VİDEO
Hazırda oxunan: “Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” - VİDEO
597427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































