Müğənni Aysun İsmayılova qızı ilə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Aysun instaqramda paylaşım edib.
O, övladı ilə videosuna bu sözləri yazıb:
“Bəlkə yolumuz bir az yarım başladı. Bəlkə nağılımız klassik ailə şəkli kimi olmadı. Amma qızım, sən heç vaxt yarım böyümədin. Çünki mən sənə ikiqat sevgi verdim. Biz iki nəfərlik bir dünyayıq… Əlim əlində olduqca heç nəyimiz əskik deyil. Mənim kiçik möcüzəm.
Mən sənin üçün həm sığınacaq, həm də qanad olacağam. Və bir gün geriyə baxanda anlayacaqsan. Anan heç vaxt tək deyildi… Çünki sən var idin. Dünyamın yarısı yox, hamısısan, qızım”.
Qeyd edək ki, Aysunun qızı Sevgi vəkil Ramil Vəliyevlə olan evliliyindəndir.
Sara, Bizim.Media































































































