“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

Hazırda oxunan: “Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

597269

“Bizim efir şoumuz əyləncə xarakterlidir. Sosial şəbəkədə kimsə paylaşım edib, bunu da mənə oğlum Bartu göstərdi. Bizim proqramda heç kim gəlib yardım istəmir. Verilişimizin formatı bu deyil. Guya kimsə gəlib bizdən pul istəyib, biz də onu efirdən çıxarmışıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal deyib.

O bildirib ki, belə hal təkrarlanarsa, məsələ ilə bağlı hüquqi tədbirlər görüləcək:

“Xahiş edirəm, belə şeylər etməyin. Bir də belə hal olarsa, bununla bağlı hüquqi addım atacağıq. Həmin şəxs cəzalanacaq. Mənim neçə illərdir qazandığım uğurun üzərindən bu cür şeylərlə xətt çəkə bilməzsiniz. Həmin şəxslə eyni düşüncədə olanlar da şərhlər yazıblar. Zaur heç nə etməyib, belə qalmaqal və yardım məsələsi bizim verilişdə olmayıb”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin