“Kənan M.M.” kimi tanınan Kənan Mahmudovun yazar Orxan Saffariyə qarşı sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, iddialara görə, istifadə olunan ifadələr adi polemika çərçivəsini aşaraq təhqir və mümkün təhdid xarakteri daşıyır.
Hüquqi baxımdan qeyd olunur ki, şərəf və ləyaqətin alçaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir), bilə-bilə yalan məlumat yayılması isə 147-ci maddə (böhtan) üzrə məsuliyyət yarada bilər. Əgər paylaşımlarda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə məzmunu mövcuddursa, bu hal 134-cü maddə ilə qiymətləndirilə bilər.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparacağı gözlənilir. Sosial şəbəkədə edilən paylaşımların da hüquqi məsuliyyət doğurduğu vurğulanır. (XəzərNews.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:26 / 19.02.2026
Kənan M.M. həbs olunacaq?
Hazırda oxunan: Kənan M.M. həbs olunacaq?
Hazırda oxunan: Kənan M.M. həbs olunacaq?
597135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































