"Neynirəm səni, pulunu GÖNDƏR"

Hazırda oxunan: "Neynirəm səni, pulunu GÖNDƏR"

597009

Meyxanaçı Ağamirzə açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, söz ustası sənət aləmindəki münasibətlərdən danışaraq maraqlı etiraflar edib.

O bildirib ki, müğənnilərin əksəriyyəti dəvət aldıqları məclislərə qatılır, lakin özü kimisə çağıranda fərqli münasibətlə qarşılaşır:

"Müğənnilərin 80 faizi məclisinə çağırır, gedib iştirak edirsən. Amma sən çağıranda deyirlər ki, həmin tarixdə rayondayam".
 

Ağamirzə bununla bağlı ironik fikir də səsləndirib: "Olsun, rayondasansa, pulunu göndər əsas. Nə edim səni, paketini göndər?".


Meyxanaçı vurğulayıb ki, özü hər zaman dəvət olunduğu məclislərə qatılıb və münasibətlərdə səmimiyyət tərəfdarıdır. Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və sənət cameəsində birmənalı qarşılanmayıb. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin