Müğənni Ülviyyə Namazova "Rəngarəng" verilişində həmkarı Vəfa Şərifovanın ünvanına olduqca sərt ittihamlar səsləndirib. Canlı efirdə yaşanan gərginlik qısa müddətdə sosial şəbəkələrin əsas mövzusuna çevrilib.
Bizim.Media milli.az-a istinadla xəbər verir ki, müğənni kimsəyə maddi ehtiyacı olmadığını xüsusi vurğulayıb:
"Vəfanın yaşı qədər Elzanın sənəti var. Elza 40 ildir, mən isə 25 ildir oxuyuram. Niyə Vəfadan borc almalıyam? Bu yaşıma qədər heç kimdən borc almamışam, əksinə borc vermişəm".
Ülviyyə Namazova keçmiş xatirələrə də toxunaraq maraqlı bir faktı açıqlayıb. İfaçı bildirib ki, bir vaxtlar eyni binada yaşasalar da, statusları fərqli olub:
"Mənim üç evim olan binada o, kirayə qalırdı".
Müğənninin iddiaları bununla bitməyib. O, Vəfa Şərifovanın onun mahnısından istifadə etmək istədiyini və türkiyəli ulduz Yıldız Tilbe ilə duet oxumaq üçün çıxış yolu axtardığını qeyd edib:
"Mahnımı oxuyub popuriyə salmaq istəmişdi. Dedim oxu, amma sonra mən də deyərəm ki, qara qəpiyimi vermərəm. Yıldız Tilbe ilə duet oxumaq üçün pul axtarırdı, maşınını satırdı. Mən də qara qəpiyimi vermərəm. Amma darda olsa, insanlıq naminə kömək edərəm".
Bu açıqlamalardan sonra Vəfa Şərifovanın qarşı tərəfə nə cavab verəcəyi izləyicilər arasında böyük maraq doğurub.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:33 / 18.02.2026
"Sənin kirayə qaldığın binada mənim 3 evim var"
Hazırda oxunan: "Sənin kirayə qaldığın binada mənim 3 evim var"
Hazırda oxunan: "Sənin kirayə qaldığın binada mənim 3 evim var"
596933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































