"15 il Novruz bayramını qeyd etməmişik. Atam 20-si vəfat etdi, 21-i isə dəfn etdik. Buna görə Novruz bayramı mənim üçün çətindir, sevinmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova "Xəzər axşamı" verilişində deyib.
O, atasının vəfatının Novruz bayramına münasibətinə ciddi təsir etdiyini bildirib:
"Üstündən artıq neçə illər keçib. Allah bütün analara can sağlığı versin. Anam mənimlə yaşayır. Öz evimə anamın ocağı deyirəm. Novruz bayramında böyük bacım, qardaşım hamısı mənim evimə yığışırdılar.
İllər keçəndən sonra anam dedi ki, bu yaxşı bir şey deyil. Uşaqları bayramdan məhrum edirik. Atam rəhmətə gedəndən sonra mən, qardaşım ailə qurduq. Evə oğul övladları gəldi. Anam dedi ki, Allahın bir bildiyi var. Birini alır, birini verir". (axsam.az)
Bizim.Media

































































































