Aktyor həyat yoldaşının bikinidə FOTOSUNU yaydı

Hazırda oxunan: Aktyor həyat yoldaşının bikinidə FOTOSUNU yaydı

596518

Rusiyalı aktyor Aleksander Petrov həyat yoldaşını leopard naxışlı bikinidə çəkib. Viktoriya Petrova dəniz gəzintisi zamanı yaxtada həyat yoldaşına poza verib. 

Bizim.Media xəbər verir ki. aktyor sevdiyi qadının fotosunu Instagram səhifəsində paylaşıb.
 

Cütlüyün 6 aprel 2025-ci ildə ilk övladı dünyaya gəlib. Onlar oğullarına Fyodor adını veriblər. Petrova sosial şəbəkələrdə bildirib ki, hamiləlik və doğuşdan sonra tez bir zamanda formasını bərpa edib.


Sevənlər münasibətlərini rəsmi olaraq 10 sentyabr 2023-cü ildə qeydiyyatdan keçiriblər. “Metod” serialının ulduzu həmin vaxt pərəstişkarlarını təəccübləndirmişdi. 2020-ci ildən aktyor həmkarı Stasya Miloslavskaya ilə münasibətdə idi və ayrıldıqlarını elan etməmişdilər. Buna görə də aktyorun sosial şəbəkədə başqa bir qızla VVAQ-dan video paylaşması fanatlarda çaşqınlıq yaratmışdı.

Sonradan məlum olmuşdu ki, Petrovun seçimi — Viktoriya Antonova (qızlıq soyadı) Milli Mədəniyyətin İnkişafı Mərkəzində çalışır və cütlük küçədə təsadüfi tanış olub.

Aktyorun anası da bildirmişdi ki, gəlini oğlunun xəyal etdiyi məhz həmin qızdır və o, oğlunun seçimindən razıdır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin