"Həmin qadın qocalar evində öldü"

Hazırda oxunan: "Həmin qadın qocalar evində öldü"

595870

Müğənni Nadir Qafarzadə illər əvvəl küçəyə atılan qadını evinə aparmasından danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi həmin qadını sonradan qocalar evinə yerləşdirdiyini söyləyib.

"Xəzər axşamı" proqramında yer alan Qafarzadə bildirib ki, hazırda həmin xanım dünyasını dəyişib:

"Həmin xanıma ürəyim yandı, gətirib evimdə saxladım. Verilişdə gördüm ki, onu atıblar küçəyə, qəbiristanlıqda yatır. Gətirdim evimə. Sonra gördüm qohumları ilə danışır. Başladı ki, onlar gəlsinlər? Dedim, səni saxlayan evində saxlayardı. Gedib qocalar evinə yerləşdirdim. Dedi, pəncərəsi dənizə baxsın. Ona elə otaq hazırlatdırdım, soyuducu qoydum, bütün şərait qurdum. Sonra rəhmətə getdi, otağından mənim fotomu asmışdı". (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin