Beren Saat müğənniliyə başladı – VİDEO

Hazırda oxunan: Beren Saat müğənniliyə başladı – VİDEO

595856

41 yaşlı türkiyəli aktrisa Beren Saat karyerasında yeni bir səhifə açaraq musiqi dünyasına addım atdı. CapitaliZoo-dan paylaşdığı hissə qısa zamanda diqqət çəkib.

Bizim.Media xəbər verir ki, ingilis dilində səslənən mahnının sözləri Beren Saata, prodüserliyi və aranjimanı isə həyat yoldaşı Kenan Doğuluya məxsusdur. 

Bu mahnı Beren Saat və Kenan Doğulunun uzun müddətdir üzərində işlədiyi musiqi layihəsinin ilk addımıdır.

“Aşk-ı Memnu” və “Fatmagül’ün Suçu Ne?” kimi seriallardakı performansları ilə yadda qalan Saat bu dəfə musiqi dünyasına atdığı addımla gündəmə gəldi. Yeni mahnısı üçün Los Ancelesdə kamera qarşısına keçən məşhur aktrisanın klipdəki yeni saç modeli də maraq doğurdu.

Beren Saat mahnısı haqqında belə danışdı: “Hamımız azad doğuluruq. Sonra fərqli obrazlar yaradırıq və əslimizdən uzaqlaşırıq. Bu mahnı içimizdəki uşağın zəkasına qarşı mənim üsyanımdır.”

Beren Saatın ilk mahnısı onun həyat yoldaşı Kenan Doğulu ilə uzun müddətdir üzərində işlədiyi layihənin ilk addımı oldu. 

2014-cü ildə Los Ancelesdə evlənən Beren Saat və Kenan Doğulu, evliliklərinin 12-ci ilində musiqi layihəsində də birgə işə imza atmış oldular.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin