Bu gün müğənni Günay İbrahimlinin ad günüdür.
Bizim.Media xəbər verir ki, sənətçi arxiv görüntülərini paylaşaraq, xatirələrini bölüşüb:
"Balaca olanda elə bilirdim ki, böyük adamlar böyük olurlar. Qorxmurlar, üşümürlər, qayğısız olurlar. 35 yaşlı adam mənim təsəvvürümdə böyük adam idi. Böyüyəndə olmaq istədiyim adam idi. Deyir, həyatda ən böyük xəyanət uşaqlıq arzularına xəyanətdi.
Bayaq baxdığımız videonu izləyəndə anladım ki, mən uşaqlıq arzularıma xəyanət etməmişəm. Başa düşdüm ki, böyümüşəm. Xoş gəldin, 35! Sən gəldiyin üçün yox, mən səni uşaqlığımdakı o saflıqla qarşılaya bildiyim üçün xoşbəxtəm". (Axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:10 / 10.02.2026
"Mən ona xəyanət etməmişəm" – VİDEO
Hazırda oxunan: "Mən ona xəyanət etməmişəm" – VİDEO
Hazırda oxunan: "Mən ona xəyanət etməmişəm" – VİDEO
595415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































