"Həmin xəbəri sildirmək üçün nə qədər yalvarsam da, xeyiri olmadı"

Hazırda oxunan: "Həmin xəbəri sildirmək üçün nə qədər yalvarsam da, xeyiri olmadı"

595315

Aktrisa Pərvin Abıyeva efirdə verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media milli.az-a istinadla xəbər verir ki, sənətçi mediada xəbərlərinin yayılması ilə bağlı maraqlı və qalmaqallı etiraflar edib. 

O, bildirib ki, indiyədək heç vaxt hansısa xəbərinin saytlar və ya sosial mediada paylaşılması üçün pul ödəməyib:

"Heç vaxt pul verib hansısa xəbərimi paylaşdırmamışam nə saytlarda, nə də sosial mediada. Amma xəbərimi ödənişlə sildirdiyim olub".

Aktrisa qeyd edib ki, bəzi hallarda yayılan xəbərlərin silinməsi üçün ciddi mübarizə aparmalı olub:

"Silinməsi üçün yalvardığım da olub, hətta savaşmışam. Yalvarmağıma baxmayaraq silməyənlər olub. Amma pul qarşılığında xəbəri silənlər tapıldı. Böyük məbləğ vermişdim".

Pərvin Abıyeva söhbət zamanı sözügedən xəbərin hansı mövzu ilə bağlı olduğunu açıqlamaq istəmədiyini də vurğulayıb.

Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin