"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

Hazırda oxunan: "AzTV-də belə mahnılara qadağa var" - VİDEO

595149

Müğənni Ayşən Mehdiyeva son illər bayağı mahnı ifaçılarının efirə çıxarılmasını tənqid edib.

Bizim.Media xəbər verir ki, sənətçi "Günə uğurla" proqramında bu cür ifaçıların verilişlərə çıxarılmamasını deyib:

"10-15 il əvvəl bayağı mahnılar efirə buraxılmırdı. Sənətkarlar onları top atəşinə tuturdular. AzTV-də belə mahnılara qadağa var idi. Burada kimsənin şəxsinə toxunmuram. Atlar ölüb, kimlərinsə bayramıdır. Hansısa cılız mahnını oxuyub kimsə bunu sənət səviyyəsinə qaldıra bilməz. Hamı muğam oxumamalıdır. Klassik mahnılar var. Kütləyə nə verirdiksə, onu qəbul edir. Niyə bu cür mahnıları tənqid edirdilər? O cür mahnıları zirvəyə çıxartmaq düzgün deyil.

Dəfələrlə xaricdə Azərbaycan musiqisini təmsil etmişəm. Neçə helə mahnını xaricdə oxuya bilərəm? Toya getmirəm, amma getsəm və istəsələr oxumaram". (Axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin