Fatimə gələn ay əməliyyat olunacaq

Hazırda oxunan: Fatimə gələn ay əməliyyat olunacaq

595061

Rəqqasə Fatimə Fətəliyeva gələn ay əməliyyat olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. Fatimə göz bəbəyini zədələdiyini bildirib:

"Gözlərimdə problem yaranıb. Dörd ay əvvəl dırnağım bəbəyimə dəydi və onu zədələdim. Görməm zəifləyib.

Nə qədər müalicə etsəm də, alınmır. Soyuq olanda, makiyaj edəndə ağrıyır. Rusiyada toyda makiyajlı formada rəqs edirdim, üçüncü rəqsdə artıq gözümü qırpa bilmirdim, sanki iynə batırırdılar. Moskvada 2 rəqsimi bu cür təqdim etmişdim. Orada müalicə aldım, 3 gün sonra gözüm bir az düzəldi, yaman şişmişdi. İndi isə əməliyyat olunacağam". (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin