Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

Hazırda oxunan: Hüseyn Dəryanın OĞLU: “Mənim ən böyük qaranlığımsan, ata” - FOTO

595019

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir atası ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, sosial media hesabında bunları yazıb:

“Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir atası ilə bağlı paylaşım edib: "Sən mənim ən böyük qaranlığımsan, ata. Nə səni yetərincə görə bildim, nə qucaqlaya, nə də vaxt keçirə bildim. Heç yadıma gəlmir səndən pul götürüb çölə çıxdığım, səninlə dərdləşdiyim, səndən məsləhət aldığım. Sən gedəndə mənim 7, sənin isə 38 yaşın vardı. Səndən sonra mart ayı heç vaxt mənə maraqlı gəlmədi. Səndən sonra heç kim mənə sənin kimi gəlmədi”.

Qeyd edək ki, H. Dərya 2014-cü ildə ağır avtomobil qəzasında dünyasını dəyişib.





Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin