Tarkan konsertlərindən 500 milyon qazandı

Hazırda oxunan: Tarkan konsertlərindən 500 milyon qazandı

594958

Meqastar Tarkan İstanbuldakı 10 konsert seriyasını böyük maraqla başa vurub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın bir çox yerindən insanların qatıldığı konsertlərdə Tarkanı dinləməyə gələnlər arasında məşhur adlar yer alıblar.
 

Hər konsertində isə ifaçı bir müğənni ilə səhnə bölüşüb. Bütün konsertlərin biletləri satılıb qurtardığı tədbirlərdən ifaçının nə qazandığı maraq doğurub. Türk mediasının yazdığına görə Tarkan konsertlərdən təxminən 500 milyon lirə (təxminən 19494291 manat) qazanıb.


Tarkan Cem Yılmaz, Sibel Can, Ata Demirer və Ajda Pekkanı gecədə qonaq edib və həmçinin tamaşaçılar sırasındakı sənətçi dostlarını salamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin