Xalq artisti Brilliant Dadaşovanın daha bir mahnısı oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu dəfə sənətçinin Aisellə oxuduğu “Ayrı düşdük” mahnısını gürcü müğənni Keti Xuçişvili oğurlayıb.
Bu barədə B.Dadaşova sosial şəbəkə hesabında məlumat yayıb:
“Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik də hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir".
Qeyd edək ki, bundan əvvəl Dadaşovanın mahnıları dəfələrlə erməni ifaçılar tərəfindən oğurlanıb.
Bizim.Media





























































































