10 yaşlı Leyla Əliyevanın videosu - Video

Hazırda oxunan: 10 yaşlı Leyla Əliyevanın videosu - Video

59477
Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın illər öncə çəkilmiş videosu yayılıb. ANS PRESS-in məlumatına görə, görüntülər 19 il əvvəl, 1995-ci ildə "Bakılı oğlanlar" ŞHK-nun Heydər Əliyev Sarayında çıxışı zamanı çəkilib. 

10 yaşlı Leyla Əliyeva səhnədə şeir söyləyir. Balaca Leyla damdabaca balasının dilindən yazılmış şeiri özünəməxsus şəkildə şirinliklə söyləyir.

"Dayanın, getməyin, evlərini buraxmayın, işıqlarınızı söndürməyin! 
Mən damdabacayam, boş evdə tək qalmaq dəhşətdir. Xahiş edirəm, getməyin! 
Siz heç bilirsizmi evdə ən əsas şey nədir? 
Xeyr, divarlar deyil! Hətta onun arxasında yaşayanlar da deyil.
Qonaqlardır əsas. Bəli, bəli, qonaqlardır.
Onlar artıq sizə gəlirlər, mən onların addımlarını eşidirəm.
Qarşılayın onları, onlar sizin qonaqlarınızdı!" 

Leyla Əliyevanın çıxışını zalda izləyənlər arasında atası İlham Əliyev və anası Mehriban Əliyeva da görünür. Onlar qızlarının çıxışlarını sevinclə alqışlayırlar.

Qeyd edək ki, Leyla xanım şairədir. Onun rus dilində qələmə aldığı şeirlər geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin