Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Hazırda oxunan: Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

594123

Azad Vətən Partiyasının sədri Akif Nağı ilə aparıcı Səidə Bəkirqızı efirdə mübahisə edib.

Bizim.Media xəbər verir ki, S. Bəkirqızı Mediatürk TV-də onunla bağlı qalmaqallı fikirlər səsləndirən A. Nağıya cavab verib:

“4-5 qardaşsınız, Birinci Qarabağ savaşında hansınız iştirak etmisiniz? Hansınız Ağdam uğrunda döyüşüb? Ağdamın maraqlarına xidmət edib ki, məni alçaldırsınız? Ağdam uğrunda döyüşməyən insanlar olmusunuz, artistliyə ehtiyac yoxdur.
 

Demisiz ki, “Səidə Bəkirqızını təhqir etməmişəm, “Q” yazıb, nöqtələrdən sonra “cıq” yazmışam. Ona qadın yox, qadıncıq kimi baxıram”. Belə çıxır ki, evinizdəki xanımlar qadıncıqlardır? Sizin kimi kişilərə baxanda mən daha qeyrətli kişiyəm. Məndən məcburi köçkünlərin haqqını tələb etmirsiniz? Soruşuram ki, niyə 5 qardaşdan biriniz Qarabağ uğrunda yaralanmamısınız”.


A. Nağı isə ona “Bunun sizə dəxli yoxdur. Səsinizi qaldırmayın. Buraya mənimlə dalaşmağa gəlmisiniz? Nə bilirsiz ki, yaralanmamışıq”, - deyə, cavab verib.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin