Müğənni Aysun İsmayılova doğma atası ilə danışmamasının səbənini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aysun “Rəngarəng”də açıqlama verib.
İsmayılova infarkt keçirən atasını görmək istəmədiyini bildirib:
“Heç vaxt onun yanına getməyəcəm. O da danışanda dedi ki, “mən niyə gəlirəm ki?”. Burada qəlbi qırılan mənəm. Başqa birinə mesaj göndərib, o səsdəki sözlər xoşuma gəlmədi. Yaxşı ki, bu günə qədər olmayıb, anam bilib nə edib… İstəmirəm, bu haqda danışılsın.
Maddi köməyə ehtiyacı varsa, qarşılayaram, amma getməyəcəm. Bu günə qədər düşünmüşəm, başıma hansısa hadisə gələndə, demişəm ki, atam olsa, bunlar olmazdı. Demişəm, atam olsaydı, mənə bunu edə bilərdin?! Heç narahat olub məni axtarmadı.
Siz axtardınız, tapdınız, verilişdə pis hala düşdüm. Yenə də bir dəfə yazmadı. Mən də infarkt keçirə bilərdim. Dörd dərman içdim, özümə gələ bilmirdim. Bilirsiniz ki, ürəyimdə problem var. Uşaqlıqdan olan problemdir”.
Sara, Bizim.Media



































































































