Məşhur “Evdə tək” filmində “Kevin” obrazını oynayan aktyor Makoley Kalkin ekran işində anası rolunu canlandırmış Ketrin O'Haranın vəfatı ilə bağlı sosial şəbəkə hesabında təsirli paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, o, instaqram hesabında aktrisa ilə fotosunu paylaşaraq kədərini bölüşüb.
“Ana. Bizim hələ vaxtımız olduğunu düşünürdüm. Daha çoxunu istəyirdim. Sənə deyəcək çox sözüm vardı. Səni sevirəm. Daha sonra görüşənədək”, - Kalkin qeyd edib.
Xatırladaq ki, Ketrin O'Hara 71 yaşında vəfat edib. Aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb. Aktrisa filmdə "Kevin Makkalester"in anası obrazında çıxış edib.

Bizim.Media



























































































