Türk müğənni Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Yıldızın vəkili məlumat yayıb:
“Müvəkkilimiz Yıldız Tilbe haqqında mediada əks olunan, həqiqətə uyğun olmayan, əsassız, haqsız və son dərəcə uyğunsuz ittiham və iddialarla hazırlanmış, şəxsi reklam və populyarlıq məqsədi daşıyan sosial media paylaşımı ilə bağlı bu mətbuat açıqlamasının verilməsi zəruri hesab edilmişdir.
Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsində yayımlanan televiziya proqramında, həm də sosial media hesablarında Yıldız Tilbe ilə duet ifa etmək üçün 100 min ABŞ dolları ödədiyini, Yıldız Tilbenin pulu aldığı halda duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu həm vizual, həm də yazılı formada bəyan etmişdir.
Lakin Yıldız Tilbenin adıçəkilən şəxslə hər hansı bir ünsiyyəti, paylaşımı, işbirliyi və ya görüşü olmamışdır.
Bu iddialar tamamilə uydurma, yönləndirilmiş, qanunsuz xarakter daşıyan, şəxsin nüfuzunu və şöhrətini qərəzli şəkildə hədəf alan və ən əsası, çoxsaylı cinayət tərkibi yaradan hallardır. Bununla bağlı zəruri hüquqi tədbirlər görüləcək. İctimaiyyətin və aidiyyəti şəxslərin diqqətinə çatdırılır”, - deyə məlumatda bildirilib.

Sara, Bizim.Media





























































































