Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

Hazırda oxunan: Muraddan diqqət çəkən AÇIQLAMA: “Boşandığımızı kim deyib?” - VİDEO

593487

Aktyor Murad İsmayıl bir müddət öncə ayrıldığı xanımı Ülviyyə Xalinbəyovadan danışıb.

Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” proqramında qonaq olan Murad şəxsi həyatı ilə bağlı suala cavab verib:
 

“Bizim boşandığımızı kim deyib? Kim deyibsə, ondan soruşun. Mən şəxsi həyatla bağlı sualları cavablandırmıram. Ülviyyə xanımla filmdə rol almışıq, ilk komediya filmimdir. Uzun zamandır bizim ətrafımızda bu mövzular danışılır. İnsanların da sualları var. Məcbur olub açıqlama verirəm. Biz düşmən deyilik, iki balamız var. Digər mövzulara da toxunmaq istəmirəm”.


Xatırladaq ki, Ülviyyə sosial mediada yayımladığı açıqlamada boşandıqlarını bildirmişdi.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin