Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, Nazilə “Gün ortası” verilişində qonaq olan zaman Fatiməni telefon zəngi ilə efirə qoşublar.
Nasaz olduğunu deyən rəqqasə bütün qonaqları salamladığını bildirib. Fatimə danışarkən Nazilənin görüntüsü verilib. Bu zaman F. Fətəliyeva dəstəyi asıb.
Ardınca Nazilə ona zəng gəldiyini deyərək studiyanı qısa müddətlik tərk edib.
Qeyd edək ki, məhkəməlik olan məşhurlar bir neçə gün öncə Xalq artisti Aygün Kazımovanın ad günündə rastlaşmış, hətta eyni masa arxasında əyləşmişdi.
Sara, Bizim.Media































































































