Uşaqlara ən çox onun adı verildi

Hazırda oxunan: Uşaqlara ən çox onun adı verildi

592320

Türkiyədə 2025-ci ildə qız uşaqlarına ən çox verilən ad Alya olub.

Bizim.Media xəbər verir ki, ötən il siyahıya liderlik edən “Defne” bu dəfə zirvəni Alyaya təhvil verib.
 

Rəsmi statistikaya görə, il ərzində ümumilikdə 889 min 598 körpə dünyaya gəlib. Qısa müddətdə geniş yayılaraq ön plana çıxan Alya adının populyarlaşmasında televiziya seriallarının təsiri xüsusi qeyd olunur.


Xüsusilə Kanal D ekranlarında yayımlanan “Uzak Şehir” serialı bu ad dəyişikliyinin əsas səbəblərindən biri kimi göstərilir. Serialın baş qəhrəmanlarından olan Alya obrazı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Aktrisa Sinem Ünsalın canlandırdığı bu obraz güclü qadın xarakteri, emosional dərinliyi və qətiyyətli duruşu ilə seçilib.

Alya obrazı serialın ilk bölümlərindən etibarən sosial şəbəkələrdə geniş müzakirə olunub, müxtəlif paylaşımlar və sitatlarla gündəmdə qalıb.

Bu maraq real həyata da təsir edib və Alya adı bir çox ailə üçün müasir və mənalı seçimə çevrilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin