Tolikin yerinə o gəldi — FOTO

Hazırda oxunan: Tolikin yerinə o gəldi — FOTO

592271

Aparıcı Tarix Əliyevin (Tolik) qəfil xəstəxanaya yerləşdirilməsi onun aparıcılıq etdiyi proqramın taleyi ilə bağlı suallar doğurmuşdu.

Bizim.Media xəbər verir ki, "Tarixin bir günü" verilişinin bu gün yayımlanan buraxılışında tamaşaçılar studiyada Toliki deyil, onun yaxın dostu və kanalın tanınmış siması İsa Şükürovu görüblər.

İsa Şükürov müvəqqəti olaraq həmkarını əvəz edərək canlı yayımı idarə etməyə başlayıb.
 

Həkimlərin rəyinə görə, Tarix Əliyevin səhhəti hələ də ciddi nəzarət tələb edir və ona bir müddət xəstəxana şəraitini tərk etmək qəti qadağan olunub.


Hazırda ambulator müalicəsi davam edən sənətçiyə gərgin iş qrafiki və hər hansı bir həyəcan növü tamamilə yasaqlanıb. Bu səbəbdən proqramın bir müddət İsa Şükürovun təqdimatında davam edəcəyi gözlənilir. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin