Müğənni Rəqsanə İsmayılova efirdə kövrəlib.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan Rəqsanə ağlayıb:
“Sənətimizin pis cəhəti odur ki, ürəyində yaşananları televiziyadan ötürmək çox çətindir. Şou-biznesdə kimlərisə xoşbəxt görürsünüzsə, elə deyil. Övladlarıma, ailəmə görə xoşbəxtəm.
O qədər çətin günlər var ki, ürək doludur, hər şeyi açıb demək olmur. Elə şeyləri var, onları danışmayacam. Həmişə şıltaq, parlayan Rəqsanə çox balaca olub. Sevilməzdim, istəməzdilər məni, amma bu yaşadıqlarımı yaşamazdım.
Şou-biznesdə gördüyünüz maşınlar, evlər, toylar, elə bilirsiniz, bunlar xoşbəxtlikdir? Yox. Xoşbəxtlik odur ki, balaca bir evin olsun, orada əyləşəsən, heç kim səni incitməsin”.
Sara, Bizim.Media






























































































