Bakıda konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Rafet El Roman Xalq artisti Niyaməddin Musayevlə görüş keçirib.
Bizim.Media xəbər verir ki, görüş zamanı sənətçilər mümkün yaradıcılıq əməkdaşlığını müzakirə ediblər.
Məlumata görə, Rafet El Roman Niyaməddin Musayevin ifasında geniş auditoriya tərəfindən sevilən "Axtarma məni" mahnısını səsləndirmək üçün müəllifdən razılıq alıb.
Sözləri Rüzgar Əfəndiyevaya, musiqisi isə Niyaməddin Musayevə məxsus olan bu əsərin duet şəklində ifa olunması təklifi də irəli sürülüb. Bundan başqa, Rafet El Roman Musayevin repertuarından daha bir mahnıya müraciət etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Rafet El Romanla Xalq artisti Niyaməddin Musayev arasında baş tutan bu görüş Xəzər Media Mərkəzinin "Qonaqcanlı" layihəsinin təşəbbüsü və dəstəyi ilə reallaşıb. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:39 / 18.01.2026
Niyaməddin Musayev məşhur türk müğənni ilə duet oxuyacaq
Hazırda oxunan: Niyaməddin Musayev məşhur türk müğənni ilə duet oxuyacaq
Hazırda oxunan: Niyaməddin Musayev məşhur türk müğənni ilə duet oxuyacaq
591344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































