"Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm"

Hazırda oxunan: "Ərləriniz evə gəlmirsə, günahkar mən deyiləm"

591104

Müğənni Qumral Musayeva qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, ifaçı qonaq olduğu "Rəngarəng" verilişində ona ünvanlanan mənfi şərhlərə sərt cavab verib. 

Qumral bildirib ki, insanlara irad bildirməzdən əvvəl hər kəs ilk növbədə özünə və ailəsinə baxmalıdır:

"Hamı əvvəl özünə, ailəsinə baxsın, sonra kimisə qınayıb pis sözlər yazsın. Evdə ərindən gün görməyən xanımlar aqressiyanızı mənə tökməyin. Ərləriniz evə gəlmirsə, bu mənim günahım deyil".

Müğənni açıqlamasında özünü həm səhnədə, həm də həyatda fərqli qadın kimi dəyərləndirib və evdar qadınlarla bağlı da tənqidi fikirlər səsləndirib:
 

"İndiki zamanda mənim kimi xanımlar barmaqla sayılacaq qədər azdır. Elə evdar xanımlar var ki, işləmirlər, evdədirlər, amma evlərinə gedəndə qab-qacaq çirkli qalır, yemək olmur, uşaqlarına baxmır. Bəziləri günün böyük hissəsini telefonda keçirir, amma uşaqlarının günorta nə yediyini, meyvə yeyib-yemədiyini belə bilmirlər".


Qumral Musayevanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun fikirlərini dəstəkləsə də, digərləri açıqlamaları sərt və ümumiləşdirilmiş hesab edərək tənqid ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin