Niyaməddin Musayev Qumralı tənqid etdi: “Ayıbdır, “cütləşmiş” pis sözdür”

Hazırda oxunan: Niyaməddin Musayev Qumralı tənqid etdi: “Ayıbdır, “cütləşmiş” pis sözdür”

591083

Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısının musiqisini və Məmməd Araza aid sözlərini yanlış ifa etməsi müğənni Qumral Musayevanın sərt tənqid edilməsinə səbəb olub. Efirlərə dəvət olunan müğənni "Bir taleyin oyununda cütlənmiş zərik" ifadəsini "cütləşmiş zərik" kimi ifa edib. İzləyicilər bu ifanı Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndirib.

Bəs, Qumralın bu ifasını Xalq artisti Niyaməddin Musayev dinləyibmi?

Bizim.Media xəbər verir ki, Niyaməddin  Musayev “Qaynarinfo.az”a açıqlamasında Qumral Musayevanın ifasından xəbərsiz olduğunu bildirib:

"Mahnı diskoteka ritmi üzərindədir. Amma baxır onu necə təqdim etmək? Milli ruhun olması şərtdir. Gərək sözlər musiqidə özünü tapsın, oynamaqla məsələ bitmir. Mahnının sözlərinə gəlincə, ayıbdır. "Cütləşmiş" pis sözdür. Bu "cütlənmiş"dir, "cütləşmiş" başqa məna verir. Heyvanlar, quşlar cütləşir. O boyda Məmməd Arazın sözlərini dəyişmək olar? Nə deyəsən? Oxuyurlar da".

Niyaməddin Musayev izləyicilərin Qumral Musayevann onun nəvəsi kimi təqdim etməsinə də münasibət bildirib:

"Yalan deyirlər, ayıb olsun onu deyənlərə. Görürsünüz nədən istifadə edirlər? Bu mahnını dünyanın bütün ölkələrində oxuyurlar. Əcnəbilər də oxuyur. Əcnəbilər mahnını mən oxuduğum şəkildə oxuyur. Süni intelekt də mahnını oxuyur. Hətta orada belə mahnının sözləri dəyişməyib. Belə olmaz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin