Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadın paylaşımı sosial şəbəkədə gündəm olub.
Bizim.Media xəbər verir ki, Cahad ona yazılan mesajlardan yorulduğunu bildirib.
O qeyd edib ki, insanların çoxu ona yazıb pul istəyirlər:
"Əziz vətəndaşlar, bura xeyriyyə səhifəsi deyil. Mən də milyonçu deyiləm. Milyonlarım olsaydı da heç kimə bir qəpik də verməzdim. Çünki yaxşı insan da deyiləm. Ümid edirəm hər şeyi izah etdim. Özünüzdən muğayet olun və Allah sizi qorusun".
Qeyd edək ki, Cahad bundan əvvəl də istirahətə getdiyini və insanların ondan yazıb pul istədiyini paylaşmışdı.

Bizim.Media





























































































