“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

Hazırda oxunan: “Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

590633

Xalq artisti Brilliant Dadaşova ailə məsələlərini müzakirə edənlərə cavab verib.

Bizim.Media xəbər verir ki, Dadaşova bu barədə “Tarixin bir günü” verilişində danışıb:

“Gündəm “tör-töküntü” insanların öhdəsinə düşdü. Onları qandırmaq üçün çıxıb hər dəfə danışmaq mənə yaraşmaz.
 

Düşünən, anlayan, səviyyəsi olan insan hər şeyi başa düşür, mən danışmasam da. Elə bir situasiya yarandı ki, danışmağa məcbur oldum. Çünki söhbət məndən yox, ailəmdən gedirdi. 


Bacılarımı elə insanlar müzakirə etdi ki, məəttəl qaldım. Birinə zəng etdim, nəsə yazmışdı, dedim, ay qız, sən də Sədaqətdən danışırsan?! Sən özünə, əməllərinə bax. Sədaqət xanım haqqında dedilər ki, “gedib Türkiyədə ər axtarırdı. Azərbaycanda ər yox idi?!” Nə qədər gerizəkalı olasan ki, həmin proqramlara inanasan. Çünki o verilişlər “tok-şou” sayılır”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin