"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

Hazırda oxunan: "Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

590630

"Evlənmə ərəfəsində heç kim bürcə müraciət etmir. Bürc önəmlidir. Məsələn, görmüşəm ki, iki Qoç evlənib və yola getməyib".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "İncə səhər" verilişində deyib.

Sənətçi oğlu Şahmalını nişanlamadan əvvəl gəlini ilə onun bürcünü yoxlatdırdığını bildirib. O qeyd edib ki, hər ikisinin bürcü uyğun gəldiyi üçün evliliyə razılıq verib:

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım. Çünki başıma gəlib, görmüşəm ki, elə ailə dağılır. Oğlumun evini 20 il əvvəl tikmişəm. Amma öz evimlə üzbəüzdür. Ayrı yaşasınlar, amma yemək stolumuz bir olsun". (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin