Xalq artisti Brilliant Dadaşova uzun zamandır görüşmədiyi bacısı qızı Səidə Dadaşova haqqında danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində açıqlama verib.
Dadaşova deyib ki, bu görüşə Səidənin həyat yoldaşı icazə vermir:
“İnsanı istifadə etmək üçün bəzən yönləndirirlər. Mən Səidəyə bu gün də, dünən də, sabah da, nə vaxt gəlsə, qucaq açaram. Bacısına demişəm ki, Səidə gəlsin. Deyib ki, “həyat yoldaşı mənimlə belə danışmağa, münasibət qurmağa icazə vermir”. Çünki orada həyat yoldaşının maraqları var.
Bu gün bizə də, bura da, ya da bacım İradəgilə də gəlsə, fərqi yoxdur. Səidə bizim canımız, qanımızdır, başqa söhbət ola bilməz. Öz maraqlarına görə, insanları yönləndirə bilərlər”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:52 / 13.01.2026
“Bacısı dedi ki, Səidənin həyat yoldaşı mənimlə danışmağa icazə vermir” - VİDEO
Hazırda oxunan: “Bacısı dedi ki, Səidənin həyat yoldaşı mənimlə danışmağa icazə vermir” - VİDEO
Hazırda oxunan: “Bacısı dedi ki, Səidənin həyat yoldaşı mənimlə danışmağa icazə vermir” - VİDEO
590527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































