Aysunun geyimi tənqid edildi - VİDEO

Hazırda oxunan: Aysunun geyimi tənqid edildi - VİDEO

590515

Müğənni Aysun İsmayılova bu dəfə səhnə obrazı ilə tənqid hədəfinə çevrilib.

Bizim.Media xəbər verir ki, sənətçinin son çıxışı zamanı seçdiyi kombin sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Aysun İsmayılovanın səhnə üçün seçdiyi geyimin xüsusilə uzun çəkmələri izləyicilərin diqqətini çəkib. Bir çoxları bu detalları uğursuz hesab edərək, obrazın ümumi görünüşə uyğun gəlmədiyini bildirib. Sosial şəbəkələrdə yayılan şərhlərdə sənətçinin səhnə tərzinin zövqsüz olduğu, geyimin isə onu olduğundan fərqli göstərdiyi qeyd olunub.

İzləyicilər hesab edirlər ki, müğənninin səhnə imici daha peşəkar şəkildə hazırlanmalı idi və bu kombin onun imicinə xələl gətirib.

İfaçının bu səhnə tərzi "uzun çəkmələr başına bəla oldu" ifadəsi ilə sosial mediada trendə çevrilərək, sənətçini yenidən gündəmin mərkəzinə gətirib. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin