"Səndən tez köçsəm, mənsiz bu dünyada qalma" - FOTO

Hazırda oxunan: "Səndən tez köçsəm, mənsiz bu dünyada qalma" - FOTO

590216

Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, müğənni anasının doğum günü olduğunu yazaraq, bunları vurğulayıb:

"Anamın beşinci övladıyam. Amma taleyim elə yazıldı ki, təkcə övlad olmadım… Dost oldum, qardaş oldum, sirdaş oldum, bəzən ata oldum, bəzən ana. Bu missiyanın adını bilmirəm, amma illər keçdikcə anladım ki, bu çox ağır, məsuliyyətli və çətindir. Mənim uşaqlığım olmadı… Uşaq yaşımda böyüdüm, vaxtından tez yaşlandım. Çünki qayğıyla böyüyən insan uşaq qala bilmir. Yenə də şükür edirəm.

Şükür edirəm ki, anama, atama, ailəmə dayaq oldum. Bu gün də eləyəm. Və heç vaxt “kaş başqa cür olardı” demədim. Əksinə, yaxşı ki, belə böyüdüm. Bu gün alnım açıq deyə bilirəm: mən yaxşı övlad, yaxşı qardaş oldum ata-anama. Çünki yaxşı qardaş ailənin dayağı olar. Mən belə böyüdüm - baxmayaraq ki, qız övladı idim.
 

Heç vaxt elə bir övlad olmadım ki, anamın halından xəbərsiz öz rahatımı düşünüm. Mənim üçün həmişə əvvəl anam, atam oldu, sonra öz ocağım. Anamın evində çay qaynamırsa, mənim fincanım dolu ola bilməz... Bu gün səni necə təbrik edim, bilmirəm. Bacın, qardaşın,atan-anan, xalan, dayın, əmin kimi hansını desəm ürəyincə olar, Qumru ana? Yoxsa, atamın dili ilə səni təbrik edim: Ayka mama cox ģözəl idi,ģəncliyində. Onu bir biləsiniz necə sevirdim. Səsimlə səni təbrik edim "Canım Anam". Doğum günün mübarək.


Amma bir istəyim var səndən: birdən bu dünyanı səndən öncə tərk edərəm. Mənsiz bu dünyada qalma. Çünki gözüm arxada qalar. Ay mənim ərköyün qızım, səni çox sevirəm, ay mənim segah avazlı mələyim". (Axsam.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin