"Bağışlanmaz səhvlər xəyanətdir. Xəyanəti düşünərək edirsən. Əvvəldən planlaşdırıb edirsən. Bu cür xəyanət bağışlanmaz".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Mehriban görüş" yutub layihəsində deyib. Müğənni xəyanətdən danışıb.
Ağayev artıq bütöv toy məclislərinə getmədiyini deyib:
"Toylara çox getmirəm. 8-10 saatlıq toy götürmürəm, yarım saatlıq toya gedirəm. Bu, həm mənim fiziki, bioloji imkanlarım, həm də nüfuzumla bağlıdır. Yarım saatda daha çox sevgi qazanıram".
Puldan danışan Ağayev başına gələn hadisəni bölüşüb və kövrəlib:
"Maddiyat mənəviyyatı üstələyib. Əvvəl insanlar "pul" sözünü eşitmək istəmirdi. Maddiyat mənəviyyatın önünə o zaman keçir ki, biz mənəviyyatımızı itiririk. Deyir, pulsuzluq qüssə edər, sevgilini özgələrə yar edər. Pul üçün oğullar anannı inkar edir. Gecə bir qadın mənə zəng etdi ki, uşağım yuxudan durub ağlayır, evdə çörək yoxdur. Mən karta pul göndərməyi bilmirəm. Prodüserimə zəng etdim və cibimdəki 260 manatı verdim ki, get ona göndər. Cibdə çox nəğd pul gəzdirmirik. Həmin adamı sonra işə götürdüm. Mənim restoranımda çalışır. Bir həftədir ailə normal yaşayır". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
20:17 / 09.01.2026
"Nüfuzumu qoruyuram, elə toylara getmirəm" - VİDEO
Hazırda oxunan: "Nüfuzumu qoruyuram, elə toylara getmirəm" - VİDEO
Hazırda oxunan: "Nüfuzumu qoruyuram, elə toylara getmirəm" - VİDEO
589913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































