Müğənni Pərvin Lətifovla aprıcı Zaur Nəbioğlu arasında gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, Zaur “Rəngarəng”də qonaq olan sənətçiyə bayağı mahnılarla bağlı sual verib.
O, Vəfa Şərifovanın mahnısını efirə verərək “Bu mahnının janrı nədir?”, - deyə soruşub. Pərvin isə məsələyə qəzəblənərək bunları söyləyib:
“Demirəm, pisdir. Amma bilmirəm janrı nədir. Ondan xəbərim ola bilməz. Sözümü kəsmə! Sən məktəbə hazırlığa gedəndə mən ciddi musiqi ilə məşğul idim. Sən mənim dostumsan, bilirsən ki, səni çox istəyirəm, sənə etdiyim jestləri heç kimə etməmişəm.
Vəfanın mahnısını səsləndirdiz, deyirəm, janrını bilmirəm. Vəfa mənim düşmənimdir? Niyə ironiya ilə deyim?! O da bizim millətin nümayəndəsidir. İstər Vəfa, istər Nəfəs, ya da digər qızlar başqa ölkədən gəlməyib ki. Oxuyurlar, İzzət də balasının toyuna aparır, yaxşı edir. Amma yenə deyirəm ki, janrın adını bilmirəm”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:26 / 09.01.2026
Efirdə GƏRGİNLİK: “Mən ciddi musiqi ilə məşğul olanda, sən məktəbə hazırlığa gedirdin” - VİDEO
Hazırda oxunan: Efirdə GƏRGİNLİK: “Mən ciddi musiqi ilə məşğul olanda, sən məktəbə hazırlığa gedirdin” - VİDEO
Hazırda oxunan: Efirdə GƏRGİNLİK: “Mən ciddi musiqi ilə məşğul olanda, sən məktəbə hazırlığa gedirdin” - VİDEO
589842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































