“Toylara 5 dəqiqəlik ifa üçün 10 min manata gedirəm”

Hazırda oxunan: “Toylara 5 dəqiqəlik ifa üçün 10 min manata gedirəm”

589787

“Toy qiymətləri 10 min manatdan 50 minə qədər dəyişir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan milli ritm sənətinin tanınmış simalarından biri, Xalq artisti Natiq Şirinov “modern.az”a müsahibəsində bildirib.

O toylardakı ifanın dəqiqəyə görə hesablandığını qeyd edib:

“Mən 5 dəqiqəlik ifa üçün 10 min manat alıram. Bir dəfə kimsə dedi ki, nağaranı sadəcə çıxarıb göstərməyə nə qədər pul istəyərsən? Dedim, 5 min. Mən süpürgəçi ananın oğluyam, pul mənim üçün əsas dəyər deyil. Sadəcə, hazırkı reallıq budur ki, insanın dəyərini pulla ölçürlər, hamı pul haqqında düşünür. 

Bu məqaləni oxuyanlar da deyəcək ki, “bax, nə qədər qazanırmış”. Amma heç kim fikirləşmir ki, mən 150 nəfərlik heyətlə işləyirəm. Mən onlara digərləri kimi 10-15 manat vermirəm. Çıxış olub-olmamasından asılı olmayaraq, hər birinə 300 manat ödəyirəm. Əgər 10 min manatın 4-5 mini mənə qalırsa, qoy onlar da evlərinə 300–600 manat pul aparsınlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin