“Uzak Şehir”in izləyicilərinə BƏD XƏBƏR

Hazırda oxunan: “Uzak Şehir”in izləyicilərinə BƏD XƏBƏR

589691

Kanal D-də yayımlanan "Uzak Şehir" serialı vaxtından öncə finala gedə bilər.

Bizim.Media Türkiyə Mətbuatına istinadən xəbər verir ki, Rifah Partiyasını təmsil edən millət vəkili Doğan Bekin serialın Mardinin mədəni quruluşunu əks etdirmədiyini bildirib.

O, serialın efirdən çıxarılmalı olduğunu təklif edib.

Qeyd edək ki, artıq serialın ssenarisi mübahisələrə səbəb olub. Yeni bölümlərdə ölən qardaşın geri qayıdıb həyat yoldaşını geri istəməsi (kiçik qardaşı ilə evlənməsini vəsiyyət etmişdi), bir uşağın iki kişiyə də “ata” deməsi kimi qarışıq durumların türk əxlaqına zidd olduğunu bildirənlər fəallaşıb.

Amma serialın davamını istəyənlər istənilən halda izləyəməyə razıdırlar. Ciddi müzakirələrə və tənqidlərə məruz qalan serialın baş rol oyunçuları və onların yaxınları da hədəfə alınır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin