Keçmiş futbolçu Arda Turan yeni dünyaya gələn qardaşı qızı ilə bağlı etdiyi jestlə gündəmə gəlib. Məlumata görə, Arda Turanın qardaşı Okan Turan və həyat yoldaşı Katre Turan valideyn olublar. Cütlüyün övlad sevinci Türkiyə mətbuatında geniş işıqlandırılsa da, Arda Turanın körpəyə verdiyi iddia edilən bahalı hədiyyə sosial şəbəkələrdə böyük maraq doğurub.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2022-ci ildə ailə quran Okan və Katre Turan ikinci evlilik ildönümlərindən sonra hamiləlik xəbəri ilə diqqət mərkəzinə düşmüşdülər. Bu müddət ərzində Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan ilə baldızı Katre Turan arasındakı münasibətlər də zaman-zaman tabloidlərin müzakirə mövzusu olub. Hətta bəzi dövrlərdə aralarında soyuqluq yaşandığına dair iddialar irəli sürülüb.
Bu yaxınlarda qız övladı dünyaya gətirən Okan və Katre Turanın sevincinə ilk dəfə əmi olan Arda Turanın da xüsusi şəkildə şərik olduğu bildirilir. İddialara əsasən, Arda Turan qardaşı qızına "xoş gəldin" hədiyyəsi olaraq onun adına açılan bank hesabına yarım kiloqram qızıl və 3 milyon lirə yatırıb.
Qeyd olunur ki, sözügedən məbləğin hazırkı dəyəri təxminən 3,1 milyon lirə təşkil edir və bu iddia qısa zamanda sosial mediada trend mövzusuna çevrilib.
Futbolçu karyerasını başa vurduqdan sonra da Arda Turan şəxsi həyatı, ailəsinə bağlılığı və yaxınlarına göstərdiyi diqqət ilə tez-tez medianın diqqət mərkəzində qalır. Daha əvvəl də övladları və ailə üzvləri üçün etdiyi jestlərlə gündəmə gəlmişdi. (Milli.az)


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:20 / 08.01.2026
Arda Turan ona yarım kilo qızıl HƏDİYYƏ ETDİ - FOTO
Hazırda oxunan: Arda Turan ona yarım kilo qızıl HƏDİYYƏ ETDİ - FOTO
Hazırda oxunan: Arda Turan ona yarım kilo qızıl HƏDİYYƏ ETDİ - FOTO
589667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































